"TransEvroKom" MMC telekommunikasiya şirkəti, rabitə operatoru olaraq İyun 2004-cü ildə yaradılmışdır.

“TransEuroKom” MMC ölkəmizin İKT sektorunun dayanıqlı inkişafına töhfə vermək məqsədilə müxtəlif layihələrin həyata keçirilməsinə, yüksək texnologiyaların və innovativ həllərin tətbiqinə xüsusi önəm verir. Şirkət korporativ müştərilərə müasir tələblərə cavab verən, etibarlı və çevik telekommunikasiya xidmətləri təqdim edir.
“TransEuroCom” MMC öz fəaliyyətində peşəkarlıq, müştəri məmnuniyyəti, innovativ yanaşma, qabaqcıl texnologiyaların tətbiqi, davamlı və dinamik inkişaf, eləcə də sosial məsuliyyət prinsiplərini əsas tutur.
Şirkət, telekommunikasiya rabitə operatoru fəaliyyətini Azərbaycan İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş lisenziyalar əsasinda təşkil edir:
- Lisenziya №091140-Telekommunikasiya kanallarının təşkili xidməti;
- Lisenziya №091141- Telefon rabitə xidməti;
Əsas hədəfimiz — fəaliyyət göstərdiyimiz son 22 il ərzində olduğu kimi, bütün abunəçilərimizə gözləntilərindən daha yüksək keyfiyyətli telekommunikasiya xidmətləri təqdim etməkdir. |